"Qarabağ" avrokubokların ən yaxşısıdır

Avrokubokların qrup mərhələlərinin 5-ci turundan sonra komandaların statistik göstəriciləri açıqlanıb.

Newsport.az-ın məlumatına görə, “Qarabağ” 2021/22 mövsümündə təsnifat mərhələsindən mübarizəyə başlayıb, hələ də məğlubiyyət üzü görməyən 3 komandadan biridir. Azərbaycan təmsilçisi bu mövsüm Konfrans Liqasında keçirdiyi ümumilikdə 11 matçın heç birində uduzmayıb. “Qarabağ” bu mənada LASK və “Renn”lə birlikdə məğlubiyyətsiz irəliləyir. Ancaq oyun sayı baxımından təmsilçimizin göstəriciləri daha yaxşıdır. Çünki Avstriya klubu bu mövsüm avrokuboklarda 9, fransızlar isə 7 matç keçiriblər. Qurban Qurbanovun yetirmələrinin aktivində 7 qələbə, 4 bərabərlik varsa, LASK-da bu göstəricilər 7:2, “Renn”də isə 5:2-dir.

Qeyd edək ki, Konfrans Liqasının H qrupunda yer alan “Qarabağ” 5 turda topladığı 11 xalla son oyun öncəsi ikinci pillədə qərarlaşır.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right