Avropa çempionatı: Azərbaycanın 4 taekvondoçusu mübarizəyə başlayır

Azərbaycanın 4 taekvondoçusu bu gün Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında mübarizəyə başlayacaq.

Newsport.az-in məlumatına görə, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov 1/16 final mərhələsində xorvatiyalı Josip Teskera ilə üz-üzə gələcək.

63 kq-dakı Qaşım Məhəmmədov 1/32 finalda ukraynalı Volodimir Bıstrova ilə görüşəcək.

Qadın taekvonduçulardan 49 kq-da yer alan Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova 1/16 finalda almaniyalı Suparada Kisskalta ilə, 53 kq-dakı Röya Hacıyeva isə danimarkalı Luise Linqbeklə qarşılaşacaq.

Bu gün həmçinin parataekvondo üzrə qitə yarışı da start götürəcək. 58 kq-dakı Sabir Zeynalov və 47 kq-dakı Röyalə Fətəliyeva dayanq üzərinə çıxacaq. Onlar müvafiq olaraq, özbəkistanlı Sanjarbəy Muntorov və türkiyəli Nurcihan Ekinci ilə döyüşəcəklər.

Görüşlər Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5 parataekvondoçu ilə təmsil olunur. Avropa çempionatı mayın 22-də başa çatacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah