“Qurban müəllim həyatımda mühüm rol oynayan şəxsiyyətdir”

“Qurban Qurbanovun şəxsiyyətini tərənnüm etmək üçün xeyli danışmaq olar. Təkcə “Marsel”lə oyunda baş verənlər buna əsl nümunədir. İbrahima Vadjinin əlinə top dəyəndə qolun qeydə alınmadığı epizodu nəzərdə tuturam”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “İctimai” TV-də yayımlanan “Bol İdman” verilişinin qonağı olan “Qarabağ”ın futbolçusu Kadi Borqes deyib.

Konfrans Liqasının pley-off mərhələsinin “Marsel”lə Bakıdakı oyununda (0:3) məhz Qurbanovun müdaxiləsindən sonra “Qarabağ”ın sayılmayan qolu haqqında danışan braziliyalı yarımmüdafiəçi, Ağdam klubunun baş məşqçisi barədə xoş sözlər deyib:

“Söz tapa bilmirəm ki, şəxsiyyət kimi onu necə ifadə edim. “Marsel”lə matçdan sonra Qurban müəllimin mətbuata verdiyi açıqlama ilə tanış oldum. “Biz ancaq doğru yolla, dürüstlüklə uğur əldə etməliyik” fikri məni çox tutdu. Ümumiyyətlə, o, mənim həyatımda mühüm rol oynayan bir şəxsiyyətdir. Karyeramda dəyişikliklər baş veribsə, ilk növbədə Qurban Qurbanova borcluyam”.

Borqes cari mövsümdə “Qarabağ”ın heyətində keçirdiyi 41 oyunda 17 qol vurub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah