“Qarabağ”ın rəqibi gürcü futbolçu üçün 1.2 milyon avro təklif edir

“Qarabağ”ın Konfrans Liqasındakı rəqiblərindən olan “Bazel” klubu heyətini gürcü futbolçu ilə gücləndirə bilər.

Newsport.az xəbər verir ki, İsveçrə təmsilçisi Batumi “Dinamo”sunun yarımmüdafiəçisi İrakli Azarovu transfer etmək niyyətindədir. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

“Bazel” 19 yaşlı futbolçu üçün “Dinamo”ya 1.2 milyon avro ödəməyə hazırdır. İsveçrəlilər qış transfer pəncərəsi dövründə İrakli üçün “Dinamo” ilə danışıqlara başlayacaq.

Gürcüstan yığmasına da dəvət alan İrakli ilə Türkiyənin “Trabzonspor” klubu da maraqlanır.

“Bazel” Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”, “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə mübarizə aparır. Hazırda “Bazel” son bir tur qalmış 11 xalla liderdir. “Qarabağ” isə eyni xalla 2-ci pillədə qərarlaşıb. Qrup mərhələsinin son turunda “Qarabağ” “Bazel”lə səfərdə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right