Messidən dubl və qol ötürməsi

"İnter Mayami"nin futbolçusu Lionel Messi yeni klubunda dubl edib.

Newsport.az xəbər verir ki, o, MLS+MX Liqa Kubokunun 2-ci turunda evdə  "Atlanta Yunayted" 4:0 hesabı ilə qalib gəldikləri matçda 2 qol vurub, eyni zamanda 1 qolun ötürməsini verib.

"İnter Mayami" -  "Atlanta Yunayted" - 4:0
Qollar: Messi, 8, 22, Teylor, 44, 53

Xatırladaq ki, Messi "İnter Mayami"nin heyətində "Kruz Azul"a qarşı matçda (2:1) debüt etmişdi. Futbolçu 54-cü dəqiqədə meydana daxil olub. Bu görüşdə argentinalı hücumçu 90+4-cü dəqiqədə cərimə zərbəsindən komandasının qələbə qolunu və ilk qolunu vurmuşdu.