"Real" Fransa millisinin üzvünü transfer etdi Rəsmi

İspaniyanın "Real" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi "Monako"nün yarımmüdafiəçisi Aurelien Çuamenini transfer edib. Bu barədə "kral klubu"nun rəsmi saytı məlumat yayıb. 

22 yaşlı futbolçu ilə 2028-ci ilədək nəzərdə tutulan müqavilə imzalanıb. "Real" Fransa millisinin üzvü üçün qarşı tərəfə 80 milyon avro + 20 milyon avro bonuslar ödəyəcək.

Aurelien Çuameni "Monako"ya 2020-ci ilin yayında "Bordo"dan transfer olunub. O, "knyazlıq" təmsilçisinin heyətində başa çatan mövsümdə meydana çıxdığı 50 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right