“Qarabağ” liderliyini möhkəmləndirdi

Qadın həndbolçular arasında Azərbaycan çempionatında 15-ci turun iki oyunu keçirilib.

Newsport.az xəbər verir ki, lider “Qarabağ” “Azəryol”la üz-üzə gəlib.

Qarşılaşma birincilərin qələbəsi ilə bitib – 31:24. Digər görüşdə “Kür” klubu “İdman Akademiyası”nın qonağı olub. Mingəçevir həndbolçuları qalib gəliblər – 31:18.

“Qarabağ” 26 xalla liderliyini möhkəmləndirib. Hesabına 23-cü xalı yazdıran “Kür” ikinci pillədədir. “Azəryol” 19 xalla üçüncü yerdə qərarlaşıb. Hərəyə 8 xalı olan “İdman Akademiyası” və “Bakı” dördüncü-beşinci sıraları bölüşürlər. Sonuncu pillədəki “Gənclər Birliyi”nin xalı yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right