98 yaşlı klub Superliqaya yüksəldi

“Eyüpspor”un ardından Türkiyə Superliqasına vəsiqə qazanan ikinci komandanın adına da aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, “Göztepe” birinci liqanın 32-ci turunda “Gənclərbirliyi”nə 2:0 hesabı ilə qalib gələrək aktivindəki xalların sayını 66-a çatdırıb və üçüncü yerdəki “Sakaryaspor” üçün əlçatmaz olub.

Qeyd edək ki, “Göztepe” 2021/2022 mövsümündə Superliqada mübarizə aparmış və sonda birinci liqaya düşmüşdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right