“Nitsa” Benzianı istəyir

“Qarabağ” aparıcı futbolçusu Yassin Benzianı mövsümün sonunda itirə bilər.

Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bu ölkə klublarının diqqət mərkəzindədir.

Ağdam klubundakı yüksək performansı sayəsində yenidən Əlcəzair millisinə qayıdan pleymeyker Avropanın başqa klublarının da maraq dairəsindədir. Lakin onun Fransaya qayıtmaq şansı daha yüksək qiymətləndirilir. Çünki “Nitsa” bu transferdə xüsusi fəallığı ilə seçilir. “Nitsa” rəhbərliyi onun keçidi sayəsində hücum gücünü artırmağı hədəfləyir.

Benzia özü də yenidən böyük futbol ölkələrində oynamaq arzusundadır. Fransada Lion “Olimpik”i və “Lill”də çıxış etmiş hücumameyilli oyunçu yaxşı tanıdığı bu ölkəyə qayıtmağın əleyhinə deyil.

Qeyd edək ki, Yassin Benzianın “Qarabağ”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right