"Fənərbaxça"nın futbolçusu üçün mövsüm bitdi

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi İsmail Yüksek sıradan çıxıb. 25 yaşlı orta xətt oyunçusu Super Liqanın 34-cü turunun "Beşiktaş"la oyununda (2:1) zədələnib.

Türk futbolçu topuğundan zədə alıb. Onun mövsümün sonuna kimi yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Türkiyə millisinin üzvünün Avro-2024-ü buraxmaq ehtimalı da var.

Qeyd edək ki, İsmail Yüksek bu mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 47 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right