"Barselona" Serji Roberto ilə yeni sözləşmə imzaladı

"Barselona" futbolçusu Serji Roberto ilə müqaviləni uzadıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı müdafiəçi 2023-cü ilin yayınadək Kataloniya təmsilçisində oynayacaq. Sözləşməyə görə, onun təzminat məbləği isə 400 milyon avrodur.

Qeyd edək ki, Serji 2010/11 mövsümündə əsas komandada debüt edib. O, "Barselona" ilə 23 kubok, o cümlədən 2 dəfə Çempionlar Liqasını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right