"Mançester Yunayted"dən "Barselona"nın futbolçusuna 80 milyonluq təklif

"Mançester Yunayted" "Barselona"nın futbolçusu Frenki de Yonqu heyətinə qatmaq istəyir.

 

Newsport.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Mançester təmsilçisi niderlandlı oyunçu üçün Kataloniya klubuna 60 milyon avro və əlavə olaraq bonuslar şəklində 20 milyon avro ödəməyə hazırdır. Klub rəsmiləri "qırmızı şeytanlar"ın bu təklifini düşünməyə başlayıblar.

 

"Mançester Yunayted"in yeni baş məşqçisi Erik ten Haqq şəxsən özü bu transferdə maraqlıdır.

 

25 yaşlı yarımmüdafiəçi "Barselona"ya 2019-cu ildə  "Ayaks"dan 75 milyon avoya transfer olmuşdu. O, komanda ilə bu günə qədər 140 oyunda iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right