De Xea mövsümün oyunçusu seçildi

İngiltərənin “Mançester Yunayted” klubunda 2021/22 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, qapıçı David De Xea geridə qalan mövsümdə “qırmızı şeytanlar”ın ən yaxşısı seçilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, ötən mövsüm 7 dəfə matçın futbolçusu seçilib. Yalnız Kristiano Ronaldoda eyni sayda belə mükafat var. De Xea ardıcıl üç ay – noyabr, dekabr və yanvar aylarında “Mançester Yunayted”in ən yaxşı oyunçusu seçilib.

Nəticədə komandanın futbolçuları da ispaniyalı qolkiperi mövsümün ən yaxşısı hesab edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right