"Sus və işinlə məşğul ol!"

PSJ-nin sabiq futbolçusu Jerom Roten komandanın müdafiəçisi Serxio Ramosu tənqid edib. 

Newsport.az xəbər verir ki, 44 yaşlı keçmiş yarımmüdafiəçi bu barədə goal.com-a açıqlamasında danışıb. O deyib: 

“Ramos mövsümdə oynadığı vaxtı və çıxdığı matçları nəzərə alaraq, PSJ-də qalmaq istədiyini deyir. Oh, bu, sürprizdir! Təbii ki, ayda bir milyon avrodan çox qazananda qalmaq istəyəcəksən. Bəli, bacardığınız hər şeyi qazandınız. Susun və meydançada işinizlə məşğul olun!"

Qeyd edək ki, Ramos bu mövsüm 6 matçda 1 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right