"Barselona" - "Real" matçında dünya rekordu qeydə alındı

Qadın futbolçuların Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində "Barselona" doğma meydanda "Real"ı qəbul edib.

 

Newsport.az xəbər verir ki, bu qarşılaşmada dünya rekordu qeydə alınıb. Belə ki, "Kamp Nou"da baş tutan görüşü tribunadan 91 553 azarkeş izləyib. Bu isə qadın futbolu tarixində rekorddur.

 

Matç "Barselona"nın 5:2 hesablı qələbəsiylə başa çatıb. İki oyunun nəticəsinə görə 8:3 hesablı üstünlük əldə edən Kataloniya təmsilçisi yarımfinala yüksəlib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right