Mbappe Qətərə getməkdən imtina etdi

Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe Qətərdə keçiriləcək DÇ-2022-nin qrup mərhələsinin püşkatma mərasimində iştirakdan imtina edib.

Newsport.az “L Equipe”-yə istinadən xəbər verir ki, Fransa Futbol Federasiyasının turnirin təşkilatçıları ilə Mbappenin püşkatma mərasimində iştirakı ilə bağlı razılığı olub. Lakin futbolçu özü millinin kapitanı olmadığını əsas gətirərək, mərasimdə iştirakdan imtina edib.

Püşkatma mərasimi aprelin 1-də, Qətərin paytaxtı Dohada təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right