“Barselona” Rapinya üçün israrlıdır

“Barselona” “Lids”in yarımmüdafiəçisi Rapinya Diasla maraqlanır.

Newsport.az “Sport.es”-ə istinadən xəbər verir ki, Kataloniya klubu 25 yaşlı braziliyalı futbolçunun transferi üçün qarşı tərəfə müdafiəçisi Oskar Minqesanı da təklif edir.

22 yaşlı ispaniyalı müdafiəçinin “Lids”in transfer hədəfində olduğu bildirilir. İngiltərə klubu “Barselona”da oyun praktikasından əziyyət çəkən futbolçu ilə yaxından maraqlanır.

Rapinya bu mövsüm “Lids”lə 28 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2024-cü ilin 30 iyununa qədərdir.

Daha əvvəl “Lids”in Rapinyanı “Barselona”ya 35 milyon avroya satmaqdan imtina etdiyi bildirilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right