Dalbadal 5 oyundur “Real”a qol vurur

“Barselona”nın yeni oyunçusu Pyer-Emerik Obameyanq “Real”la La Liqanın 29-cu turunun səfər matçında (4:0) dubl edib.

Newsport.az-ın məlumatına görə, bu, 32 yaşlı qabonlu hücumçunun “El-Klassiko”da ilk oyunu olsa da, o, buna qədər Madriddə qollar vurmağı bacarıb. Obameyanq Dortmund “Borussiya”sının oyunçusu kimi də 3 dəfə “Santyaqo Bernabeu”da olub və hər dəfə fərqlənə bilib. Ümumilikdə o, dalbadal 5 oyunda “Real”ın qapısından qol keçirib. Bu isə 21-ci əsrdə La Liqa+Çempionlar Liqası üçün rekord göstəricidir.

Obameyanq indiyədək “Real”a qarşı 7 görüşdə iştirak edib.

Xatırladaq ki, qabonlu futbolçu “Barselona”ya bu ilin yanvarında azad agent kimi “Arsenal”dan keçib. Obameyanq Kataloniya klubunda 11 görüşdə 9 qol vurub, 1 qolun isə ötürməsini edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right