Mussa Quel “Qarabağ”ın maraq dairəsinə düşdü

Fransada çıxış edən Mussa Quel “Qarabağ”ın maraq dairəsinə düşüb.

Newsport.az xəbər verir ki, bu barədə “Foot Mercato” saytı məlumat yayıb.  Bildirilir ki, Ağdam klubunun skautları statusuna görə Fransa 3-cü liqasında yarışan “Red Star”da oynayan futbolçunu yaxından izləyirlər. 

22 yaşlı Kot d’ivuarlı sağ cinah yarımmüdafiəçisi bu klubda icarə əsasında çıxış edir. O, 2-ci liqa təmsilçisi “Valensyen”ə məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right