Quliyevli “Arsenal” Moskva “Dinamo”su ilə bacarmadı

Futbol üzrə Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Moskva “Dinamo”su ilə qarşılaşıb. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.

Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib.

“Arsenal” geridə qalan 21 turda 20 xal toplayıb və 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right