“Bu bizə baha başa gəldi” Çeferin

UEFA-nın prezidenti Aleksandr Çeferin qurumun Rusiyanın “Qazprom” şirkəti ilə müqaviləni ləğv etməsi barədə danışıb. 

Newsport.az “Corriero dello Sera”ya istinadən xəbər verir ki, o atdıqları addıma görə peşman olmadıqlarını deyib: 

“Bu, düzgün qərar idi. Maliyyə baxımından bu, baha başa gəldi.  Mən hər gün Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko ilə danışıram. Mən bu qərardan əvvəl Rusiya Futbol İttifaqına xəbərdarlıq etmişəm. Mən qorxaq deyiləm, gizli heç nə etmirəm. Siyasətçilər üçün qışqırmaq asandır. UEFA kimdir ki, ölkənin idarəetmə sistemini qiymətləndirsin? Bütün böyük qərb şirkətləri insan hüquqlarına hörmət edirmi? Siyasətçilər hələ Rusiyaya qarşı sanksiyalarla bağlı qərar qəbul edilməmişdən əvvəl bizdən “Qazprom”la əlaqələri kəsməyimizi xahiş etdilər. Avropa hələ də qazını alır”. 

Qeyd edək ki, şirkət hər il UEFA-ya 40 milyon avro ödəyirdi. Daha əvvəl Almaniyanın "Şalke" klubu da "Qazprom"la müqaviləni pozub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right