"Hər zövqə görə qol vurduq" Naqelsmann

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/8 finalında "Zalsburq"u darmadağın etdikləri matç (7:1) haqqında danışıb. 

Newsport.az xəbər verir ki, 34 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında deyib: 

“Çox yaxşı oyun keçirdik və gözəl futbol nümayiş etdirdik. Yaxşı hücumlar etdik. Hər zövqə görə bir qol vurduq.  Bu cür enerji və ehtirasla oynayanda dayanmaq çətindir. Hər kəs özünü və başqalarını ruhlandırırdı. Bu hesaba, qələbəyə layiq idik”. 

Qeyd edək ki, "Bavariya" və "Zalsburq" arasındakı ilk oyun 1:1 hesabı ilə yekunlaşıb. Komandalar arasındakı ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Nəticədə Münhen təmsilçisi ümumilikdə 8:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right