ÇL-in sabahkı oyunlarını onlar idarə edəcək

Çempionlar Liqasının 1/8 finalında sabah keçiriləcək cavab oyunları üçün hakim təyinatları açıqlanıb.

Newsport.az xəbər verir ki, "Liverpul" - "İnter" matçını İspaniya Futbol Federasiyasndan Antonio Mateu Lahoz idarə edəcək. Ona həmyerliləri Pau Kebrian Devis, Roberto Dias Peres del Palomar köməklik göstərəcək. Dördüncü hakim funksiyasıı Rikardo de Burqos yerinə yetirəcək.

"Bavariya" - "Zalsburq" görüşü isə Fransa Futbol Federiyasından Klemen Turpinə həvalə olunub. Nikolas Danos, Kuril Qrinqoner köməkçi hakimlər, Ruddi Buquet dördüncü hakim olacaq.

Qeyd edək ki, sabah keçiriləcək hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right