Anyelli: "Avropa Superliqası uğursuz olmadı"

"Yuventus"un prezidenti Andrea Anyelli hələ də Avropa Superliqası layihəsini gündəmə gətirməyə çalışır.

Newsport.az xəbər verir ki, o, turniri başlada biləcəklərinə inanır:

“Superliqa layihəsi uğursuz olmadı. Fikrimcə, Avropa futbolunun islahatlara ciddi ehtiyacı var. UEFA bilirdi ki, mən “Yuventus”un prezidenti kimi başqa bir şey üzərində işləyirəm. Superliqa bir nəfərin yox, 12 komandanın birlikdə işidir. 12 klub 120 səhifəlik müqavilə imzalayıb və bu, həmin klublardan 11-i üçün hələ də qüvvədədir. Kompromis artıq seçim deyil, bizə daha dərin islahatlar lazımdır.  Futbolun idarəetmə strukturu lazımi səviyyədə deyil. Mən alternativ fikirlər haqqında deyil, sektorun necə idarə olunduğu barədə düşünərdim”. 

Əlavə edək ki, 2021-ci ildə aprelin 18-də  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb. UEFA isə dəfələrlə həmin klubları cəzalandıracağını bildirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right