Almaniya klubu "Qazprom" şirkəti ilə müqaviləni ləğv edib

Almaniyanın "Şalke" klubu Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlığı ləğv edib.

Newsport.az II Bundesliqa təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, Müşahidə Şurasının qərarına əsasən, müqavilə vaxtından əvvəl ləğv olunub.

Qeyd edək ki, "Şalke" fevralın 24-də formasından şirkətə məxsus yazıların götürüldüyünü açıqlayıb. Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovun klubun əvəzedici komandasında çıxış edir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right