“Napoli" lider ola bilmədi

İtaliya A Seriyasında 26-cı tura yekun vurulub.

Newsport.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
 
Səfərdə “Kalyari” ilə qarşılaşan “Napoli” xal itkisi ilə üzləşib - 1:1. Üç qolun qeydə alındığı “Bolonya” – “Spetsiya” matçı isə meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

21 fevral
 
"Kalyari" – "Napoli" - 1:1
Qol: C.Pereyro, 58 – Osimhen, 87.
 
"Bolonya" – "Spetsiya" - 2:1
Qol: Arnautoviç, 40; 84 – Manaj, 11.

"Napoli" qələbə qazansaydı, xallarını 56-a çatdıraraq "Milan"la şərikli lider olacaqdı. İndiki halda isə Neapol təmsilçisi 54 xalla 3-cü, eyni xala malik "İnter" 2-ci, "Milan" isə 56 xalla liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right