Maldini Şevçenkonu dəstəkləyir

“Milan”ın idman direktoru Paolo Maldini sabiq komanda yoldaşı Andrey Şevçenkonun “Cenoa”ya baş məşqçi təyin olunması haqda danışıb. 

Newsport.az xəbər verir ki, o, “Sky Sport İtalia”ya açıqlamasında 45 yaşlı mütəxəssisi dəstəklədiyini deyib: 

“Şevçenko öz cəsarətini sübut etdi. O, işini sevir və çətin sınaqlardan keçir. Şevçenko çempiondur və bunu sübut edəcək. Mən onu   dəstəkləyirəm. Amma mən həmişə qalib olmaq istəyirəm. Bu, idmandır. Düşünürəm ki, biz 2003-cü ildə “Mançester Yunayted”ə Çempionlar Liqasının finalında penaltini vuranda zirvəyə çatdıq. Şevçenko “Milan”a gələndə heyrətamiz istedadı var idi. Onun müxtəlif vərdişləri vardı. O, əla hücumçu oldu”. 

Qeyd edək ki, Maldini 1985-2009, Şevçenko  isə 1999-2006, 2008-2009-cu illərdə “Milan”da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right