Didye Deşam: Futbolçularım təslim olmadılar

Fransa milli komandasının baş məşqçisi Didye Deşam Millətlər Liqasının yarımfinalında Belçikaya qalib gəldikləri oyundan (3:2) sonra fikirlərini bildirib. Newsport.az xəbər verir ki, o, belçikalılar üzərində qələbəni belə şərh edib:
 
“İlk 20 dəqiqədə iki qol buraxdıq. Bundan sonra qazandığımız qələbə komandamızın gücünü göstərir. Futbolçularım təslim olmadılar. Gözəl qələbəylə finala çıxdıq. Bizim üçün bu turniri qazanmaq vacibdir. Qələbə üçün hər şeyi edəcəyik”.
 
Fransa Millətlər Liqasının finalında İspaniya ilə qarşılaşacaq. Oyun oktyabrın 10-da keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right