“Bavariya”nın futbolçusu Robert Levandovski komandada qalmaq niyyətindədi.
Newsport.az xəbər verir ki, 33 yaşlı hücumçu yayda komandasını dəyişmək istəsə də, sonradan fikrini dəyişib. O, Münhen klubu ilə müqaviləsini 2025-ci ilin yayınadək uzadacaq.
Polşa millisinin kapitanının müqavilə müddəti 2023-cü ilin yayına kimidi.