Primeroda rekorda imza atdı

"Atletik"in hücumçusu İnyaki Uilyams İspaniya Primerosunun tarixinə düşüb.

Newsport.az xəbər verir ki, çempionatın 8-ci turunda "Alaves"lə matça çıxan 27 yaşlı ispan bu görüşün iştirakçısı olmaqla ardıcıl 203-cü matçına çıxmış olub. Bu isə İspaniya çempionatında yeni rekorddu.

İnyakiyə qədər "Real Sosyedad"ın sabiq futbolçusu Xuan Antonio Larranaqa 202 matça çıxmışdı.

2014-cü ildən “Atletik”də oynayan İnyaki Bilbao təmsilçisində bütövlükdə 303 matça çıxan futbolçu, 69 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right