"Üç saat da oynasaydıq, qol vura bilməyəcəkdik" Jerar Pike

“Barselona”nın müdafiəçisi Jerar Pike İspaniya çempionatının 8-ci turu çərçivəsində “Atletiko”ya (0:2) qarşı keçirilən matç haqda danışıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu Kataloniya klubunun məğlubiyyətinə bu cür şərh verib: “Əslində yaxşı başlamışdıq. Yaxşı hücumlar edirdik, sadəcə sonradan üstünlüyü rəqibə verdik.

​“Atletiko” 2 eyni cür qol vurdu. 3 saat da oynasaydıq, qol vura bilməyəcəkdik. Mübarizəyə, işləməyə davam edəcəyik. Bir az istirahət edəcəyik, millinin oyunları olacaq, daha güclü qayıtmaq istəyirik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right