Almaniyanın Qərb Regional Liqasında 10-cu turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, millimizin formasını geyinmiş Rüfət Dadaşovun komandası "Şalke 2" "Vuppertaler"ın qonağı olub.
Dadaşovun komandası matçdan 0:3 hesablı məğlubiyyətlə ayrılıb. Start heyətində meydana çıxan Rüfət sona qədər meydanda olub.
"Şalke 2" turnir cədvəlində 11 xalla 12-ci pillədə qərarlaşıb.