"Barselona"nın futbolçusu mövsümün sonunda karyerasını başa vura bilər

İspaniyanın "Barselona" klubunun futbolçusu Jerar Pike mövsümün sonunda karyerasını başa vura bilər.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi bu barədə "La Sotana" nəşrinə açıqlamasında bildirib.

Təcrübəli oyunçu növbəti mövsüm oynayacağı ilə bağlı təminat verməyini söyləyib: "Artıq komandaya fayda vermədiyimi görsəm, futbolla vidalaşacağam".

Qeyd edək ki, Kataloniya təmsilçisinin yetirməsi olan Jear Pike 2008-ci ildən əsas komandada oynayır. O, "Barselona"da 568 oyuna çıxıb, 51 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right