Qrizmann bu nömrəni seçdi

"Atletiko"ya qayıdan Antuan Qrizmannın Madrid klubundakı yeni forma nömrəsi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, fransalı futbolçu 8 nömrəli forma ilə çıxış edəcək. Ötən mövsüm bu nömrəli forma ilə "Çelsi"yə  Saul Niqes oynayıb.

Qeyd edək ki, Qrizmann 2014-2019 -cu illərdə "Atletiko"da çıxış etdiyi müddətdə 7 nömrəli forma geyinmişdi.

Xatırladaq ki, müqavilə ilə "Barselona"ya məxsus olan 30 yaşlı oyunçu 2021/2022 mövsümünü icarə əsasında Madrid təmsilçisində keçirəcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right