"Real" Fransa millisinin üzvünü transfer etdi

İspaniyanın "Real" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi Fransanın "Renn" komandasından Eduardu Kamavinqanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Kral klubu" 19 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalayıb. Fransalı oyunçunun keçidi üçün 40 milyon avro təzminat ödənilib.

Qeyd edək ki, "Renn"in yetirməsi olan Kamavinqa Fransanın əsas millisində 3 oyuna 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right