Poqba Premyer Liqanın tarixinə düşdü

"Mançester Yunayted"in futbolçusu Pol Poqba İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Newsport.az-ın məlumatına görəfransalı yarımmüdafiəçi çempionat tarixində ilk iki oyunda ümumilikdə 5 məhsuldar ötürmə edən ilk futbolçu olub. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Poqba ilk turda "Lids"i 5:1 hesabıyla məğlub etdikləri oyunda 4 məhsuldar ötürmə etmişdi. O, "Southempton"la heç-heçə etdikləri matçda (1:1) da komandasının yeganə qolunun ötürməsini edib.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right