Kütləvi dava-dalaş düşdü, məşqçi azarkeşi belə vurdu FOTO

Fransa çempionatında insident yaşanıb.

Newsport.az-ın məlumatına görə, “Nitsa” - “Marsel” qarşılaşması yarımçıq dayandırılıb.

Buna səbəb isə azarkeşlərin meydana daxil olması olub.

Qarşılaşmanın gedişində “Nitsa” fanatları “Marsel”in futbolçusu Dmitri Payetə butulka atıblar. O isə butulkanı tribunalara tərəf tullayıb.

Bundan sonra fanatlar meydana daxil olublar və kütləvi dava-dalaş başlayıb. Hətta davada “Nitsa”nın baş məşqçisi Xorxe Sampaoli, onun köməkçiləri də iştirak ediblər.

Sampaolinin köməkçisi Xiorxe Dezio fanatlardan birini yumruqla vurub. Bu hərəkətinə görə onun uzunmüddətli cəzaya məruz qalacağı bildirilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right