“Atletiko” qapıçısını Fransa çempionuna icarəyə verdi

Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Liqa 1-in son qalibi İspaniyanın “Atletiko” (Madrid) klubunun qapıçısı İvo Qrbiçi heyətinə qatıb.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı xorvat qapıçı 2021/22 mövsümünün sonuna kimi icarəyə götürülüb. O, yeni komandasında 1 nömrəli formanı geyinəcək.

Qrbiç “Atletiko”ya ötən yay Xorvatiyanın “Lokomotiva” (Zaqreb) klubundan transfer edilib. O, bu komandada cəmi 1 rəsmi matç keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right