Messi Barselonaya getdi

PSJ-nin yeni transferi Lionel Messi Barselonaya gedib.

Newsport.az-ın məlumatına görə, argentinalı futbolçu Liqa 1-in 2 -ci turunda "Brest" lə oyunun ərizəsinə daxil edilməyib. Bundan sonra Messi həyat yoldaşı və üç uşağı ilə birlikdə Kataloniyaya gedib. Lionel və ailəsi Barselona hava limanında şəkil çəkdirib. 34 yaşlı oyunçu həftə sonunu Kataloniyada keçirmək qərarına gəlib.

Qeyd edək ki, daha əvvəl PSJ-nin baş məşqçisi Maurisio Poçettino Messinin hələ oynamağa hazır olmadığını bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right