"İstəyərdik ki, Kilian PSJ-də qalsın" Maurisio Poçettino

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Kilian Mbappenin komandadan gedə biləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, argentinalı mütəxəssis Kilianın komandada qalacağına işarə vurub: “O, çox çalışır və motivasiyalıdı.

​Kilian bizim futbolçudu. Məncə, komandada qalır və bu mövsümü də bizimlə keçirəcək. Əsas odur ki, Mbappe sakitdi və nə edəcəyini yaxşı bilir. Sabahkı oyuna da sakitcə hazırlaşır. O, bizim futbolçudu. İstəyərdik ki, PSJ-də qalsın. Onun bütün fikrini “Brest”lə oyuna yönəltdiyini görürük”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right