"Sevilya" Argentina millisinin üzvünü transfer etdi

İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisi "River Pleyt"dən Qonsalo Montieli rənglərinə bağlayıb. 24 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

Montiel Argentina yığmasının da üzvüdür. "Sevilya" bu transfer üçün "River Pleyt"ə 10 milyon avro ödəyib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right