Messi tibbi müayinədən keçmək üçün Parisə yollanır

“Barselona”dan ayrılan Lionel Messi karyerasını Fransada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, argentinalı hücumçu PSJ-nin 2 illik müqavilə təklifini qəbul edib. O, bu gecə Parisə yollanacaq və sabah tibbi müayinədən keçəcək. Paytaxt təmsilçisi avqustun 10-da transferi açıqlamağı planlaşdırır. 34 yaşlı futbolçuya 19 nömrəli forma ayrılıb.

Messinin "Barselona" ilə müqaviləsi iyunun 30-u başa çatmışdı. O, bu gün mətbuat konfransı keçirib və klubla vidalaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right