Tokioda Rio-2016-nın finalı təkrarlanacaqmı?

Tokio Yay Olimpiya Oyunlarında həndbol yarışları davam edir. Newsport.az xəbər verir ki, bu gün kişi həndbolçuların mübarizəsində yarımfinal mərhələsinə yekun vurulacaq.
 
Artıq ilk görüş başa çatıb. Fransa Misirlə qarşılaşıb. İkinci hissədən etibarən oyuna nəzarəti ələ keçirən fransızlar sonda 27:23 hesablı qələbəyə seviniblər.
 
Qiyom Jillenin yetirmələrinin finaldakı rəqibi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək İspaniya - Danimarka oyununun qalibi olacaq. Danimarka həlledici görüşə vəsiqə qazanacağı təqdirdə Rio-2016-nın finalı təkrarlanacaq.
 
Tokio-2020
Həndbol (kişilər), yarımfinal
 
Fransa - Misir - 27:23
 
16:00. İspaniya – Danimarka




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right