Bürünc medalları qızılla əvəzlədi

Tokio-2020-də qadınların kanoe-slalom yarışına yekun vurulub.
 
Newsport.az xəbər verir ki, Avstraliyanı təmsil edən Cessika Foks (105.04) hamını qabaqlayaraq qızıl medal qazanıb. Böyük Britaniya idmançısı Mellori Frenklin (+3.64) ikinci, almaniyalı Andrea Hersoq (+6.09) üçüncü olub. 
Cessika Rio-2016-da və Tokio-2020-də K1 yarışlarında bürünc medal qazanmışdı. Sonunda istəyinə nail olan avstraliyalı idmançı çempionluğu emosional şəkildə qeyd edib. 
 
Qeyd edək ki, Cessika Foksun valideynləri də kanoe-slalomunun məşhur simalarındandılar.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right