"Qarabağ"dan çəkinmək? Həyatda yalnız həyat yoldaşımdan çəkinirəm"

“Aşdod”un baş məşqçisi Ran Ben Şimon sabah Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la oyunundan öncə təşkil olunan mətbuat konrfansında çıxış edib.
 
Newsport.az-ın məlumatına görə, israilli mütəxəssis öncə hazırlıq barədə danışıb: “Hələ ki, oyuna bir gün qalıb. Əlbəttə ki, hazırıq. Amma hansı səviyyədə hazır olduğumuzu görəcəyik.
 
- “Qarabağ”ın hansı mənfi və müsbət tərəflərini qeyd edə bilərsiniz?
- Təbii ki, püşkatmadan sonra “Qarabağ”ı araışdırdıq. Keyfiyyəlti oyun göstərirlər. Son mövsümü bir xal fərqilə “Neftçi”yə uduzduqlarını bilirik. Yüksək keyfiyyətli oyunçuları var. Azərbaycan millisiin son illərdə irəliləyişi hiss olunur. Bu komandada xarici və yerli futbolçuların miksi var. 
 
- “Qarabağ” “Makkabi” oyunlarını izləmisiniz?
- Bəli, izləmişik. Bizim çempion mərhələ adlamışdı. Amma iki bərabərsəviyyəli oyun idi. “Qarabağ”a hörmətlə yanaşırıq. 
 
- “Qarabağ”dan çəkinirsiniz?
- "Qarabağ"dan çəkinmək? Həyatda çəkindiyim, qorxduğum yeganə olaraq həyat yoldaşımdı. Çünki o, güclü şəxsiyyətdi.
 
- Hava şəraiti oyununuza necə təsir göstərəcək?
- İslandiyadan gəlməmişik. Biz də sizdən də isti olan ölkədən gəlmişik. Heç bir bəhanə haqda düşünmürük. Bütün fikrimizi “Qarabağ”la oyuna cəmləmişik. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right