"Ronaldo ilə yenidən görüşmək xoş idi"

Fransa millisinin futbolçusu Kərim Benzema “Real”da sabiq komanda yoldaşı olan Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo ilə arasındakı münasibətdən danışıb.

Newsport.az "A Bola"ya istinadən xəbər verir ki, oyunçular Avro-2020-nin qrup mərhələsinin üçüncü turunda Fransa – Portuqaliya matçında meydanda üz-üzə gəliblər. Benzema isə 36 yaşlı hücumçu ilə görüşməkdən məmnun olduğunu deyib:

“Ronaldo mənim çox yaxşı və yaxın dostumdur. “Real”da birlikdə çox şey əldə etdik , çoxlu qol vurduq. Onu yenidən görmək çox xoş idi. Milli komandalarımız və klublarımız üçün görüşlərdə danışmışıq. Biz bir-birimizə uğurlar dilədik”.

Qeyd edək ki, Fransa – Portuqaliya matçı 2:2 hesablı heç-heçə il başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right