"Çelsi" Tuhellə bağlı qərarı rəsmən açıqladı

“Çelsi”nin baş məşqçi Tomas Tuhelin müqaviləsi uzadılıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Almaniyalı mütəxəssisin sözləşməsi 2024-cü ilin yayına qədər artırılıb.

“Çelsi” bu ilin yanvarında Tuhellə 1,5 illik müqavilə imzalamışdı. Müqavilədə belə bir bənd yer alıb ki, Tuhel London təmsilçisi ilə Çempionlar Liqasının qalibi olsa, sözləşməsi avtomatik olaraq daha iki il artırılacaq. Komanda bu işin öhdəsindən gəlib və buna görə də Tuhel 2024-cü ilin yayına qədər "zadəganlar"ı çalışdıracaq.

Qeyd edək ki, “Çelsi” Premyer Liqada mövsümü 4-cü sırada bitirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right