Ter Ştegenin idealı

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen hansı qolkiperi kumiri hesab etməsi ilə bağlı sualı cavablandırıb.

Newsport.az xəbər verir ki, bu barədə 28 yaşlı oyunçu öz Tvitter hesabında məlumat yayıb. O, Almaniya millisinin və "Bavariya"nın sabiq qapıçısı Oliver Kanı idealı kimi gördüyünü bildirib.

Kanın peşəkar futbolçu karyerası 1987-2008-ci illəri əhatə edib. Oyunçu Münhen təmsilçisi ilə 8 dəfə Almaniya çempioni olub. Həmçinin o, 2000/01 mövsümündə Çempionlar Liqasının da qalibi adını qazanıb. 51 yaşlı keçmiş qapıçı millinin heyətində 1996-cı ildə keçirilən Avropa çempionatının qalibi olub. Həmçinin o, DÇ-2002-nin də gümüş mükafatçısıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right