Azərbaycan millisinin hücumçusu “Krasnodar”da RƏSMİ

Azərbaycanın qadınlardan ibarət milli komandasının futbolçusu Sevinc Cəfərzadə Rusiyanın “Krasnodar” klubuna keçib.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanılıb. Cəfərzadə sözləşməyə azad agent statuslu oyunçu kimi imza atıb.

O, əvvəllər “Lənkəran”, “Fidan”, “Zaqatala”, Almaniyanın “Gerenberq”, BƏƏ-nin “Abu-Dabi”, Rusiyanın “Donçanka” və “Yenisey” klublarının formasını geyinib. Hücumçu 2008-ci ildən Azərbaycanın U-17, U-19, U-21 yığmalarında çıxış edib. Cəfərzadə əsas milliyə 2010-cu ildən dəvət alır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right