Həftənin ən yaxşı futbolçusu bilindi

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumçusu Erlinq Haland bu həftənin ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 20 yaşlı hücumçu İspaniyanın “Sevilya” klubuna qarşı keçirdikləri cavab matçında dubla imza atmışdı.
 
Qeyd edək ki, “Borussiya” - “Sevilya” matçı 2:2 hesabıyla bitib.
 
ÇL-də həftənin ən yaxşı oyunçusu adına Serjio Oliveyra (“Portu”, Portuqaliya), Fabinyo (“Liverpul”, İngiltərə) və Keylor Navas (PSJ, Fransa) da namizəd idi.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right